Antaliya vilayətinə gələn Rus turist sayında rekord

Rusiyanın Ankara səfiri Aleksey Yerhov, vəzifəyə başladıqdan sonra ilk ziyarətini Antaliya şəhərinə reallaşdırıb.

818562
Antaliya vilayətinə gələn Rus turist sayında rekord

Rus səfir Yerhov, Antaliyaya səfəri zamanı şəhər icra hakimiyyətinin başçısı Münir Karaloğlu ilə bir araya gəlib. Vali Karaloğlu görüş zamanı verdiyi açıqlamada, 2017-ci  il istirahətlərini Antaliyada keçirən Rus turistlərinin sayının Sentyabrın sonu etbarıyla 3 milyon 376 min nəfərə çatdığını, 2014-cü il bu rəqəmin 3 milyon 307 min olduğunu bildirib. Rusiya ilə Türkiyə arasındakı siyasi, ticari və iqtisadi əlaqələrin arzu edilən seviyyədə olduğuna diqqəti çəkən Vali Karaloğlu, iki ölkə liderinin başçılığında münasibətlərin inkişafının davam etdiyini vurğulayıb.

Vali Karaloğlunun sözlərinə görə, Oktyabr və noyabr aylarında Antaliyaya səyahətlər davam edəcək və beləcə zikr edilən sayı daha da artacaq. O həmçinin bildirib ki, xeyli sayda Rus Antaliyada mülk satın alıb və bu şəhərdə qalır.

Səfir Yerhov da, Türkiyədən pomidor idxalına başlana biləcəyini, bununla əlaqəli 20 oktyabrda iki ölkə nümayəndə heyətləri arasında danışıqların olacağını qeyd edib.



Әlaqәli Xәbәrlәr