Dünyanın ən kök qadını vəfat edib

2011-ci ildə dünyanın ən kök qadını kimi “Ginnesin Rekordlar Kitabı”na düşmüş qadın, 5 aydır müalicə aldığı Əbu-Dabidə şəhərində vəfat edib.

814022
Dünyanın ən kök qadını vəfat edib

292 kq çəkisi  olan Misirli İman Abdulati 36 yaşında vəfat edib.

2011-ci ildə dünyanın ən kök qadını kimi “Ginnesin Rekordlar Kitabı”na düşmüş qadın, 5 aydır müalicə aldığı Əbu-Dabidə şəhərində vəfat edib.

O, daha öncə müalicə üçün Hindistandakı klinikalardan birinə aparılmış, mayın 4-də isə Əbu-Dabidəki “Burjeel Hospital”a köçürülmüşdü.

Ailə üzvlərinin sözlərinə görə, Abdulatinin çəkisi daha öncəki illərdə 500 kiloqrama qədər artmış, müalicədən sonra isə 292 kq-a qədər azalmışdı.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, artıq çәki  və piylənmə səbəbiylə hər il 2.8 milyon insan hәyatını itirir.



Әlaqәli Xәbәrlәr