“Qəhvə içmədən getmək olmaz”

“Həyata 5 dəqiqə fasilə” adlandırılan layihə çərçivəsində sürücülərə çay-qəhvə verilir.

778817
“Qəhvə içmədən getmək olmaz”
kahve2(2).jpg

 “Həyata 5 dəqiqə fasilə” adlandırılan layihə çərçivəsində sürücülərə çay-qəhvə verilir.

Bununla da Türkiyənin Ərzincan vilayətində şəhərlər arasındakı yollarda qəzaların qarşısının alınması və həssaslığın artırılması məqsəd götürülüb.

 “Həyata 5 dəqiqə fasilə” adlandırılan layihə çərçivəsində sürücülərə çay-qəhvə verilir.

Ərzincan şəhərində yol nəqliyyatında qəzaların qarşısının alınması, sürücülərin daha diqqətli olmaları və yol hərəkətinə dair həssaslığın artırılmasını məqsəd götürən layihə çərçivəsində polis əməkdaşları tərəfindən dayandırılan sürücülərə çay-qəhvə verildi.

Rəfahiyə-Ərzincan yolunda son günlərdə qəzaların artması qarşısında Ərzincan Polis Müdirliyi “Həyata 5 dəqiqə fasilə” layihəsini həyata keçirməyə  başladı.

Layihə çərçivəsində Rəfahiyə qəsəbəsi girişindəki  mərkəzdə dayandırılan maşın sürücülərinin vəsiqələri yoxlanılır, yol hərəkətlərinə əməl etmələri üçün xəbardarlıq edilir. Bu prosesdə istirahət etmələrinə imkan yaradılan sürücülərə çay-qəhvə verilir.

Bununla da sürücülər az belə olsa istirahət edirlər, diqqətləri çəkilir və sərnişinlər də daha rahat, daha təhlükəsiz səyahət edə bilirlər.



Әlaqәli Xәbәrlәr