Adıyamanda daha bir qədim mozaika döşəmə tapılıb

Türkiyənin Adıyaman bölgəsinin Besni rayonunda mozaika döşəmə tapılıb.

758966
Adıyamanda  daha bir qədim mozaika döşəmə tapılıb

Türkiyənin Adıyaman bölgəsinin Besni rayonunda mozaika döşəmə tapılıb.

Sugözü məhəlləsinin sakini Mehmet Dağ tarixi mozaikanı öz həyətyanı sahəsində aşkar edib. Dörd metr uzunluğu olan tapıntının üzərində yazılar və müxtəlif fiqurlar həkk olunub.

İlkin məlumata görə, xeyli dağılmış vəziyyətdə olan mozaikanın qurulması 500 il əvvələ təsadüf edir.

Qeyd edək ki, bundan əvvəl də bu bölgədəki Gölbaşı qəsəbəsində təxminən 1600 illik yaşa malik olduğu ehtimal olunan daha qədim mozaika tapılıb.

 

Mənbə:AZƏRTAC



Әlaqәli Xәbәrlәr