Sürücüsüz avtomobillərin qəzaya düşməsini azaldan texnologiya yaradılıb

“Cognitive Technologies” şirkətinin mütəxəssisləri sürücüsüz avtomobillərin qəzaya düşməsini 20 faiz azaldan texnologiya yaradıblar.

708753

Mütəxəssislərin sözlərinə görə, sürücüsüz avtomobillər yollardakı hazırkı vəziyyəti anlamaq üçün müfəssəl məlumata malik deyillər. Məlumatların düzgün inteqrasiyası informasiyanın tam təmininə imkan verəcək. Yeni sistemdə obyektədək olan məsafəni müəyyənləşdirə bilən müxtəlif sensorlardan daxil olan məlumatlar yer alacaq.

Şirkət mütəxəssisləri yeni texnologiyanı Rusiya yollarında sınaqdan keçirərək min kilometr qət ediblər.

Ekspertlərin fikrincə, texnologiyanın tətbiqi sürücüsüz avtomobillərin qəzaya düşmə ehtimalını xeyli azaldacaq.

Mənbə:AZƏRTAC 

Әlaqәli Xәbәrlәr