Pamir dağlarındakı buzlaqlar üç dəfə azalıb

Son onilliklər ərzində Tacikistanın Pamir dağlarındakı buzlaqlar 3 dəfə azalıb.

671257
Pamir dağlarındakı buzlaqlar üç dəfə azalıb

Alimlərin qənaətinə görə, dağlardakı 14 min buzlağın mini artıq sıradan çıxıb və onların yaxın onilliklərdə daha 30 faiz azalacağı gözlənilir.

Tacikistan buzlaqların qorunması üçün dünya ictimaiyyətini beynəlxalq fond yaradılmasına çağırıb. Belə ki, Mərkəzi Asiyanın əsas çaylarının mənbəyi məhz bu buzlaqlıqlardır.

Yalnız Tacikistanın deyil, bütün Mərkəzi Asiyanın ən böyük buzlağı olan Pamirdəki Fedçenko buzlağı dəniz səviyyəsindən 6 min metr yüksəkdə yerləşir. Buzlağın uzunluğu 70, eni təxminən 2, qalınlığı 1 kilometrdir.

 



Әlaqәli Xәbәrlәr