Şǝfa mǝnbǝyi nar

İllər uzunu sağlam yaşamaq və xəstəliklərə dərman olması üçün bu meyvəni yemək məsləhətdir.

658164
Şǝfa mǝnbǝyi nar

Təbabət aləmində narın meyvəsi, şirəsi, qabığı, tumu, çiçəyi, kökü 30-a yaxın xəstəliyin əlacında türkəçarə kimi istifadə olunur. Narın tərkibi fosfor, kalium, kalsium elementləri və C, B1, B2 vitaminləri ilə zəngindir.

Təkcə nar şirəsini gündəlik içmək və ya meyvəsini yemək mədə-bağırsaq, həzm sistemi, ürək çatışmazlığı, revmatizm, babasil və şəkər xəstəliyi üçün faydalıdır. 

Narın çiçəyi və qabığı isə balla qarışdırıldıqda sinə ağrıları, ağciyər və nəfəs yolları üçün dərmandır.Narı ya mövsümündə, ya da vitaminlərin azaldığı qış fəslində yemək məsləhətdir. Lakin onu da miqdarında qəbul etmək lazımdır: "Gün ərzində 50-100 qrama qədər nar şirəsini qəbul etmək məsləhətdir. Bu miqdar artıq olduğu təqdirdə insan orqanizmində əlavə təsirlər meydana çıxa bilər. Təzyiq, baş gicəllənmə, baş ağrıları kimi əlavə effektivlərin yaranmasına səbəb ola bilər. Nar şirəsini ac qarına qəbul etmək isə məsləhət görülmür.

Nar yetişdiyi məkandan asılı olmayaraq "cənnət meyvəsi", ağacı "həyat ağacı", şirəsi isə "sevgi içkisi" adlandırılır.

İllər uzunu sağlam yaşamaq və xəstəliklərə dərman olması üçün hər zaman nar yeyilməlidir.



Әlaqәli Xәbәrlәr