"Əfqan qızı" Şərbət Gula

Bu gün isə müharibənin, ağır həyatın dəyişdiyi üz.

653431
"Əfqan qızı"  Şərbət Gula

"Əfqan qızı"  Şərbət Gulanı bu  adla  Şərbət Gula  adı  ilə heç kəs tanımır.

Bu şəkil ilk dəfə 1985-ci ildə  «National Geographic» jurnalının üz qabığında 1985-ci ildə dərc olunub. O zamandan bəri «Əfqan qızı»  dünyanın ən tanınmış simasına çevrildi.

Müharibə şəraitində doğulub, güllələr altında böyümüş, ata-anasını itirmiş, həyatı dağılmış, ölümlə olum arasında var-gəl edən çadralı bir qızın nə marağı var ki, dünyada məşhurdur, milyonlarla insan onun ölüm qorxusu saçan gözlərini görmək üçün sərgilərə axışır? Onun üçün bunun bir əhəmiyyəti varmı?

O yaxşı bilir ki, dünyanı valeh edən onun real həyat hekayəsi deyil, fotoqrafın obyektivindəki donmuş sifəti  yanan gözləridir...

2002-ci ilin yanvarında «National Geographic» həmin qızı axtarmaq üçün Əfqanıstana gedir. Şərbət Gulanın artıq 30 yaşı var idi. O, Stivin onun şəklini çəkməsini tam xatırlasa da, bütün dünyaya məşhur olan şəklini ilk dəfə 2002-ci ildə görür.

Bu gün isə müharibənin, ağır həyatın dəyişdiyi üzü,gözləri  təqdim edirik. Müharibənin dəyişdiyi üz.....

mənbə:yenicag

 

 

 


Etiketlәr: #Şərbət Gula

Әlaqәli Xәbәrlәr