Mayın 2-si tarixi Beynəlxalq Ton Balığı Günü elan edilib

BMT-nin Baş Assambleyası mayın 2-si tarixini Beynəlxalq Ton Balığı Günü elan edib. Məqsəd bu qiymətli balıq növü haqqında məlumatlılığı artırmaqdır.

629569

Baş Assambleya bütün üzv dövlətlərə, beynəlxalq və regional təşkilatlara və vətəndaş cəmiyyətinə bu günün lazımi şəkildə qeyd olunmasını təklif edir.

Qəbul edilən qətnamədə 80-dən çox dövlətin bütün okeanlarda ton balığı ovu ilə məşğul olan minlərlə gəmisinin fəaliyyət göstərdiyi vurğulanıb. Həmçinin Hind və Sakit okeanlarında isə onların sayının sürətlə artdığı bildirilir. Ton balığı bir çox ölkələr üçün ərzaq təminatı, iqtisadi inkişaf və əhalinin məşğulluğu baxımından da böyük əhəmiyyət kəsb edir.

Әlaqәli Xәbәrlәr