İndoneziyada siçovullarla özünəməxsus mübarizə

Cakarta meriyası paytaxtı siçovullardan təmizləmək üçün yeni bir layihəyə başladı.

593016
İndoneziyada siçovullarla özünəməxsus mübarizə

İndoneziyanın paytaxtı Cakartada yaşayanlar tutduqları hər siçovul üçün1,5 dollar qazanacaqlar.
 
 Cakarta meriyası paytaxtı siçovullardan təmizləmək üçün yeni bir layihəyə başladı.
 
Şəhərin meri Basuki Tjahaja Purnama layihənin məqsədinin paytaxtı xəstəliklərə və pis görüntülərə səbəb olan siçovullardan təmizləmək olduğunu bildirdi.
 
 Purnama: "Cakartada xəstəliklərin böyük qismi siçovullardan yoluxan viruslardan qaynaqlanır. Layihəmizi Səhiyyə Nazirliyinin də dəstəkləyəcəyini düşünürəm" dedi.
 
 Təxminən 10 milyon əhalisi ilə İndoneziyanın ən böyük şəhəri  olan Cakartada artan siçovul populyasiyası böyük problem yaradır və spiroket, salmonella və hantavirus mənbəli infeksiyalara səbəb olur.



Әlaqәli Xәbәrlәr