Oxunduqdan sonra torpağa əkilən və ağaca çevrilən kitab çap olundu

Argentinada çap olunan kitab uşaqlara təbii resursların əhəmiyyətini başa salmaq üçün hazırlanıb.

588764
Oxunduqdan sonra torpağa əkilən və ağaca çevrilən kitab çap olundu

 Argentinada xüsusi üsullardan istifadə edilərək, ağacdan əldə edilən kitabın təkrar ağaca çevrilməsi təmin olundu.
 
 "Atam Meşədə idi" (Mi Papa Estuvo ən la Selva) adlı uşaq kitabı, oxunduqdan sonra torpağa əkilir və bir neçə həftə içində ağaca çevrilir.

  Ekoloji mürəkkəbin və turşusuz kağızın  istifadə edildiyi kitab Argentinada 8-12 yaş arası uşaqlara təbii resursların əhəmiyyətini başa salmaq üçün hazırlanıb.
 
 Təbiətə şüurlu yanaşmanı təmin edən kitap  kitabların da uşaqlarla birlikdə böyüyə biləcəyini göstərir.
 
 Uşaqlara yalnız təbiəti qoruma şüuru deyil, eyni zamanda, təbiətlə mənəvi  bağ qurma, təbiətlə bütövləşmə bacarığı də qazandırılır.
 
 Oxuduqları kitabın yenidən təbiətə qayıdışını izləmək və özləri ilə bərabər günbəgün böyüyən bir kitap-ağacı müşahidə etmək uşaqlara ecazkar bir təcrübə imkanı verir.



Әlaqәli Xәbәrlәr