Tarixin təbiətlə iç-içə olduğu Kapadokya

Hər il may ayında təşkil edilən "Cappadox" festivalı isə Kapadokyaya gələnlərə müxtəlif tədbirlər təqdim edir

498267
Tarixin təbiətlə iç-içə olduğu Kapadokya

  Kapadokya təbiəti, tarixi və fərqli mədəni quruluşuyla turistləri cəzb edir. 

  Nevşehir, Kırşehir, Niğde, Aksaray və Kayserini içinə alan Kapadokya Erciyes, Həsən və Güllü dağları ilə çevrələnib. Dağların püskürtdüyü lava və küllərin meydana gətirdiyi yumşaq təbəqələrin milyon illər boyu yağış və küləklə aşınması nəticəsində əmələ gələn pəri bacaları insanlar üçün sığınma, ibadət və saxlanma yeri olub.

  Tarixin təbiətlə iç-içə olduğu Kapadokyada minlərlə illik mədəniyyətlərin izləri görünür.

  Turizm baxımından böyük əhəmiyyətə malik bölgə pəri bacalarını görməyə gələnləri öz cazibəsinə salır.

  Ürgüp, Avanos, Göreme, Akvadi, Uçhisar Kalesi, El Nazar Kilsəsi, Aynalı Kilsə, Güvercinlik, İhlara və Qızıl vadilər, Derinkuyu yeraltı şəhəri və Açıq Hava Muzeyi turistlər tərəfindən ən çox gəlinən yerlərdir.

  İlk dəfə 1988-ci ildə başlanan hava şarları turları Kapadokyaya gələnlərə bölgəni hərtərəfli görmək imkanı verir.

  Gün doğandan havaya qalxan balonlar Kapadokyaya bir ayrı cazibə bəxş edir.

  Hər il may ayında təşkil edilən "Cappadox" festivalı isə Kapadokyaya gələnlərə müxtəlif tədbirlər təqdim edir. Onlar festival boyu bölgədə vadilərin içini gəzir, musiqi qruplarının mini konsertlərini dinləyir və gün doğandan batanadək göz oxşayan istirahət əldə edirlər.



Әlaqәli Xәbәrlәr