Dünyanın ən iri çəhrayı brilyantı rekord qiymətə satıldı

Cenevrədəki hərracda dünyanın ən iri çəhrayı brilyantı satılıb.

493252
Dünyanın ən iri çəhrayı brilyantı rekord qiymətə satıldı

15,4 karat çəkisində olan "Unique Pink" çəhrayı brilyantı “Sotheby's” hərracında rekord qiymətə - 31,5 mln dollara satılıb. Bu barədə hərracın təşkilatçısı Devid Bennet bildirib. Onun sözlərinə görə, bu indiyədək çəhrayı brilyanta görə verilən ən böyük məbləğdir. Nadir brilyantın alıcısı isə Asiya ölkələrinin birinin vətəndaşıdır. Qeyd edək ki, brilyant 5 il əvvəl Cənubi Afrikada mədənlərin birində aşkarlanıb.



Әlaqәli Xәbәrlәr