ABŞ-da ǝhali Şimali Koreyanı ciddi tǝhdid olaraq görür

İraq, Əfqanıstan və Suriyə digər təhlükəli olaraq görülən ölkələr siyahısındadır.

437947
ABŞ-da ǝhali Şimali Koreyanı ciddi tǝhdid olaraq görür

“Gallup" tədqiqat şirkətinin keçirdiyi sorğu əsasında məlum olub ki, Amerika xalqının təhlükəli ölkə düşüncəsi dəyişib.

Sorğunun nəticələrinə əsasən təhlükəli ölkə siyahısında zirvədə olan Rusiya 2016-cı ildə öz yerini Şimali Koreyaya təhvil verib. Şimali Koreya ǝhalinin 16 faizi tərəfindən ciddi təhlükə olaraq görülür.

2015-ci ildə 18 faiz səslə sorğunun zirvəsində olan Rusiya 3 xal itirərək 15 faiz səs çoxluğu ilə 2-ci yeri tutub. Rusiyadan sonra İran 14 faiz, Çin 12 faizlə təhlükəli ölkələr siyahısındadır.

İraq, Əfqanıstan və Suriyə digər təhlükəli olaraq görülən ölkələr siyahısındadır.



Әlaqәli Xәbәrlәr