Qarışqaların bir-biri ilǝ mübarizǝsi

Qarışqaların bir-biri ilǝ mübarizǝsi 99 milyon il bundan əvvəl başlayıb.

433631
Qarışqaların bir-biri ilǝ mübarizǝsi

Qarışqaların bir-biri ilǝ mübarizǝsi 99 milyon il bundan əvvəl başlayıb.

Qarışqalar da insanlar kimi öz aralarında qida və ərazi üçün mübarizə edirlər. Lakin bu mübarizə insan hələ dünyaya gəlmədən başlayıb. Ekspert Filip Bardem qeyd edib ki, həşərat qalıqlarının tapıntılarından əldə edilən məlumatlar bizə bu mübarizənin 99 milyon il əvvəl başladığını göstərir. Qarışqalar həm öz aralarında həm də başqa qarışqa koloniyaları arasında bu mübarizəni davam etdirir.

Tədqiqatlar zamanı məlum olub ki, qarışqaların mübarizəsi dinozavrların yaşadığı Mezozoy erasının son halqası olan Təbaşir dövrünə qədər gedib çıxır. Barden qeyd edib ki, bu döyüşçü qarışqaların kökü müasir qarışqalarla eynidir, lakin davranış olaraq fərqli xüsusiyyətlərə malik olublar.

Qədim dövrdə yaşamış qarışqalar müasirlərə nəzərən öz koloniyası ilə daha sıx əlaqədə olublar. Tədqiqatlar zamanı 21 ədəd daşlaşmış işci qarışqa qalığı tapılıb. Qətran içərisində qorunub saxlanmış qalıqları tədqiq edən alimlər sübut edib ki, bu qarışqaların növü digərlərinin sadəcə 1 faizini təşkil edirmiş. Qarışqaların müasir dövrə qədər gəlib çıxmalarının səbəbi onların koloniyalar ilə sıx əlaqədə olmasının nəticəsində baş verib. Koloniyalar da milyonlarla qarışqa eyni məntiqlə işləyir və bu mlyon illərdir dəyişməyib. Barden və onun tədqiqatçı heyǝti eyni zamanda müasir zamanımızda olmayan “cəhənnəm qarışqaları” növünün qalıqlarını tapıblar.

Barden qeyd edib ki, yox olan bu növün qurbanını əzmək üçün istifadə etdiyi iri çənələri olub. Müasir zamanda heç bir qarışqa növündə bu cür çənə quruluşu yoxdur. Tədqiqatçılar 99 milyon il əvvəl yaşamış bu qarışqa növünün niyə yox olduğunu bilmirlər. Barden öz müsahibəsində tədqiqatların davam edəcəyini bildirib.



Әlaqәli Xәbәrlәr