Dünyanın ən böyük ikinci almazı aşkarlanıb

Botsvanada 1 111 karatlıq qiymətli daş-qaş tapılıb.

367416
Dünyanın ən böyük ikinci almazı aşkarlanıb

Afrikanın cənubunda yerləşən Botsvanada dünyanın ən böyük ikinci almazı çıxarılıb.
Kanadanın mədən firması tərəfindən aşkarlanan 6,5, 5,6 sm və 4 sm ölçüsündə olan almaz min 111 karatdır.
Firma eyni mədəndə 813 karat və 374 karatlıq daha iki almaz kəşf etdiyini bildirib.
Dünyanın ən böyük birinci almazı isə 1905-ci ildə cənubi Afrikada çıxarılıb.
3 min 106 karatlıq almaz parçalara bölünüb. Ən böyük parçası isə İngiltərə krallığının daş-qaşları arasında saxlanılır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr