Dünyanın ǝn kiçik şǝhǝrlǝri

Dünyanın ən kiçik şəhərləri siyahısında birinci yeri ABŞ-ın Buford şəhərciyi tutur.

414700
Dünyanın ǝn kiçik şǝhǝrlǝri

Dünyanın ən kiçik şəhərləri siyahısında birinci yeri ABŞ-ın Buford şəhərciyi tutur. Burada cəmi bir nəfər yaşayır. Həmin şəxs eyni zamanda şəhərin meri vəzifəsini icra edir.
Əhalisi 17 nəfərdən ibarət olan Xorvatiyanın Xum şəhəri siyahıda ikinci yerdə, əhalisi 20 nəfər olan Çexiyanın Rabşteyn şəhəri üçüncü yerdə qərarlaşıb. Dördüncü yerdə isə Bolqarıstanın Melnik şəhəridir. Bu şəhərdə nisbətən çox adam - 390 nəfər yaşayır.
Reytinqdə beşinci yeri Rusiyanın Çekalin şəhəri tutur. Siyahıyaalmaya görə, burada 992 nəfər qeydə alınıb. Halbuki 1956-cı ildə bu şəhərdə 2008 nəfər yaşayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr