Bağça uşaqları tərs evi gəzdilər

Bağça uşaqları Antaliyada bir qrup sahibkar tərəfindən tikdirilən və xarici görünüşündən içərisindəki əşyalara qədər hər şeyi qeyri-adi olan “ Tərs evi” ziyarət ediblər.

409061
Bağça uşaqları tərs evi gəzdilər

Antaliyada bir qrup təşəbbüskar tərəfindən tikdirilən ev, xarici görünüşündən içərisindəki əşyalara qədər “tərs” dayanır. Kundu Turizm Bölgəsində sahibkarlar Kaan Karahan, Görkem Cantürk və Tanya Makorava tərəfindən hazırlanan “tərs ev”, daxili və xarici görünüşüylə diqqəti çəkir. Giriş qapısının belə tərs olduğu evdə, pərdələr, mətbəx mebeli, tualet, yataq otağı, şkaflar və paltaryuyan maşın kimi bütün əşyaların yeri tavandadır. Sahibkarlardan olan Kaan Karahan, dünyada 12 tərs ev olduğunu və 13-nü Antalyada açdıqlarını bildirib. Karahan, “Ev 25% tərs bir şəkildə dayanır. Ziyarətçilər evə ilk dəfə girəndə başları dönür. Tavandakı əşyalara yapışaraq tarazlıqlarını təmin etməyə çalışırlar. Evi bir ildə 100 min nəfərin ziyarət etməsi gözlənilir” deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr