Mənə İslamı anlat 2/2016

Müsəlman Allahın varlığına, birliyinə, Onun peyğəmbərlərinə, mələklərinə, kitablarına, axirət gününə, alın yazısına ürǝkdǝn inanandır.

605915
Mənə İslamı anlat 2/2016

 Müsəlman Allahın varlığına, birliyinə, Onun peyğəmbərlərinə, mələklərinə, kitablarına, axirət gününə, alın yazısına ürǝkdǝn inanandır. Müsəlman Allaha olan sədaqət və itaəti özündə, sözündə, davranış vǝ hǝrǝkǝtlǝrindǝ, xülasə, həyatının bütün mərhələlərində təzahür etdirəndir. Müsəlman imanını təkcə könül və dillə ifadə edən deyil, həm də imanın əsaslarına uyğun əməl edərək həyat tərzi halına gətirəndir.

  İslam dininin adı Allahdan gəldiyi kimi, müsəlman adı da bizə Allah tərəfindən verilib. Bu da Quranda ifadə edilir.

  Qurani-Kərimin müsəlmanların xüsusiyyətlərindən bəhs edən ayələrinə baxdıqda yaxşı bir müsəlmanın necə olması ortaya çıxır. Lazım olan xüsusiyyətləri ayələrdən çıxış edərək belə sıralaya bilərik:

  Müsəlmanlar yalnız Allaha ibadət edər, yalnız ondan istǝyər, ancaq ondan qorxar, Allahı çox zikr edər, Allaha təvəkkül edǝr, Allaha sığınar, Ona güvǝnǝr.

  Onlar namazlarını huşu içində qılar, namazlarını saxlamaz, ibadətlərində sǝhlǝnkarlıq etməzlər.

  Zəkatlarını verər, onlara  ruzi olaraq verilən mallarından ehtiyac sahiblərinə ayırar və bunu icra edərlər.

  Bolluqda da, qıtlıqda da Allah yolunda  xərcləyərlər.

  Yaxşılıq edər, pisliyə qarşı çıxarlar.

  Allahın haram etdiyi cana qıymazlar.

  İffətlərini qoruyar, zina etmǝzlǝr.

  Əmanətə xǝyanǝt etmǝz, sözlərinə sadiq qalarlar.

  Doğru  şahidlik edərlər. Boş və faydasız şeylərdən üz çevirirlər.

  Həddini  asmaz, müsibətlərə səbr edər, Allaha üsyana qalxmazlar.

  Qəzəblərini gizlǝdǝr, bağışlayan olarlar.

  İsraf və xəsislikdən çǝkinǝrlǝr.

  Onlara Allahın ayələr xatırladıldığı zaman kor və kar olmazlar, ürəkləri titrəyər.

  Hz. Məhəmmədin (s.a.s) hədislərində də tez-tez müsəlmanın keyfiyyǝtlǝri sadalanır, yaxşı müsəlman aydın olur. Bir hədisdə peyğəmbərimiz “Müsəlman əlindən və dilindən əmin olan biridir" deyə təsvir edib. Peyğəmbərimiz bu xüsusiyyǝtlǝrə malik əsil  müsəlmanın hər zaman düzgün yolda olacağını, əmanətə əsla xəyanət etməyəcəyini, əlini harama uzatmayacağını, harama baxmayacağını, harama gedən yoldan imtina edǝcǝyini, heç bir canlıya zərər vermǝyǝcǝyini, zülm etmǝyǝcǝyini, dilini yalanla kirlǝtmǝyǝcǝyini dəqiq bir şəkildə göstərib. Mədəniyyətimizdə bu xüsusiyyətlər "Əlinə, belinə və dilinə sahib ol" şəklində formalaşıb və dillərə əzbər olub.

  Bir başqa müsəlman təsvirindǝ Hz. Məhəmməd ( s.a.s.) deyib: “Özünüz üçün istədiyimiz şeyi qardaşımız üçün də istəyin, əks halda, kamil bir müsəlman olu bilməzsiniz”. Peyğəmbər müsəlmanları sevməyi, onlara hörmǝt etmǝyi, qiymǝtlǝrini bilməyi, sevinc və kədərlərinǝ şərik olmağı, xülasə, "mən" demǝkdǝn xilas olub "biz" olma şüuruyla hərəkət etməyi kamil müsəlmanın  xüsusiyyətləri olaraq sayıb.

  Bir çox hədislərdə zikr edilən müsəlmanın xüsusiyyətləri  belədir. Müsəlman etibarlı biridir. Məqsədi yaxşı qul olmaqdır. Hər işində Allah razılığını güdər. İşinə, sözünə sadiqdir. Qul haqqına riayət edər. Söz söylədiyi zaman gözəl söyləyər, bir iş gördüyü zaman o işi gözəl və tam görǝr. Başqalarına kömək edər, ǝl tutar, xeyirdǝ yarışar, günah və haram olan şeylərdən uzaq durar. Günahı atəşə düşməklə bərabər tutar. Qonşuları ilə yaxşı dolanar. Onların haqqlarına hörmət edər. Həya sahibidir. Öyünmǝz, sadǝ həyat sürər. Yaxşılıq edǝr, pislik etmǝkdǝn çǝkinǝr.

  Müsəlman iman və əməli saleh, tǝmiz ürəklidir. Əxlaqı fəzilət və gözəlliklərlǝ doludur. Əsil müsəlman imanı ilə uyğun gəlməyən, Allah qatında dəyəri olmayan söz və davranışlardan özünü gözlǝyir. Könlü şəfqət, mərhəmət, ülfət və məhəbbət hisslərilə doludur. Ürǝyindǝ kin-küdurǝt, zorakılıq və düşmǝnçilik duyğuları yoxdur.

  Müsəlman borcluya, xəstəyə, yaşlıya, darda qalmışa, məzluma, zərər çəkmişə kömək əli uzatmaqla cavabdeh olduğunun idrakındadır. Yetimlər ondan şəfqət görǝr.



Әlaqәli Xәbәrlәr