TRT-nin rəqəmsal platforması "tabii" ilə THY əməkdaşlıq edir

Türkiye Radio və Televiziya Qurumunun (TRT) rəqəmsal platforması "tabii" ən çox ölkəyə uçuşlar həyata keçirən "Türk Hava Yolları" (THY) ilə əməkdaşlıq edir.

2106177
TRT-nin rəqəmsal platforması "tabii" ilə THY əməkdaşlıq edir

Türkiye Radio və Televiziya Qurumunun (TRT) rəqəmsal platforması "tabii" ən çox ölkəyə uçuşlar həyata keçirən "Türk Hava Yolları" (THY) ilə əməkdaşlıq edir.

TRT-nin verdiyi açıqlamaya görə, razılaşma çərçivəsində "tabii"nin məşhur orijinal istehsalları THY uçuşlarında xüsusi kateqoriyada altyazı və dublyaj variantları ilə izlənilə bilər.

Qısa müddətdə 3 milyondan çox abunəçiyə çatan platforma yeni müqavilə ilə THY-nin vizual arxivini daha da zənginləşdirməklə səyahətləri zövqlü etməyi hədəfləyir.

Açıqlamada fikirlərinə yer verilən TRT Baş direktoru Zahid Sobacı “Bizi birləşdirən hekayələr” düşüncəsi ilə yola çıxan "tabii"nin bu hekayələri dünyaya çatdıracağını vurğulayaraq, "Türk istehsallarına qlobal tələb xüsusilə son 10 ildə artmaqda davam edir. Baxış vərdişlərinin rəqəmsal platformalara doğru dəyişdiyi müasir dünyada "təbii" qlobal yayım bazarında türkcə məzmunlara qarşı artan tələbi qarşılamaq üçün fəaliyyətə başladı. Bütün istehsallarımızda olduğu kimi, "tabii" orginal proqramlarında da tariximizi, adət-ənənələrimizi, mədəniyyətimizi əks etdiririk” deyib.

İstehsalat dünyasında nəzərə alınmayan, öz hekayələrini danışa bilməyən 5 milyard insanın gerçək hekayələrini bir araya gətirdiklərini ifadə edən Sobacı bunları söyləyib:

"Türkiye və dünya üçün etibarlı, ailə yönümlü və təmiz məzmun təklif edirik. "Türk Hava Yolları" ilə "tabii" arasındakı əməkdaşlıq nəticəsində dünyanın hər yerindən sərnişinlər səyahətləri zamanı bu məzmunları "tabii"də izləmək imkanı əldə edirlər. Bu yolla biz müxtəlif ölkələrdən olan auditoriyaya çatırıq və ölkəmizi ən yaxşı şəkildə ​​yaxşı təbliğ etmək imkanı əldə edirik".



Әlaqәli Xәbәrlәr