Prezident Ərdoğan mükafata layiq görülənlərin adlarını açıqlayıb

Prezident Rəcəb Tayyib Ərdoğan “2023-cü il Prezident Administrasiyası Mədəniyyət və İncəsənət Böyük Mükafatı”nın qaliblərini açıqlayıb.

2057665
Prezident Ərdoğan mükafata layiq görülənlərin adlarını açıqlayıb

Prezident Rəcəb Tayyib Ərdoğan “2023-cü il Prezident Administrasiyası Mədəniyyət və İncəsənət Böyük Mükafatı”nın qaliblərini açıqlayıb. 

Prezident Ərdoğan sosial media hesabından etdiyi paylaşımda:

“Türkiye əsri baxışına töhfələri və nailiyyətləri ilə Cümhuriyyətimizin 100-cü il qürununu taçlandıran 2023-cü il Prezident Administrasiyası Mədəniyyət və İncəsənət Böyük Mükafatının qalibləri olan sənətçilərimizi, elm və mədəniyyət adamlarımızı təbrik edirəm. Vəfa mükafatına layiq görülən insanlarımıza Allahdan rəhmət diləyirəm" deyib.

Prezident Ərdoğanın paylaşımında "2023-cü il Prezident Administrasiyası Mədəniyyət və İncəsənət Böyük Mükafatı" elm sahəsində Süleyman Uludağ, mədəniyyət sahəsində Ali Birinci, musiqi sahəsində Emel Sayın, rəssamlıq sahəsində İlhami Atalay, karikatura sahəsində Həsən Aycın, kino sahəsində Sami Şekeroğlu, rəqəmsal sənət sahəsində Refik Anadol, memarlıq sahəsində Sinan Genim və ədəbiyyat sahəsində Nazan Bekiroğlunun layiq görüldüyü bildirilib.

Paylaşımda Vəfa mükafatlarına Attila İlhan, Barış Manço, İsmail Hakkı Uzunçarşılı, Muhsin Ertuğrul və Samiha Ayverdinin layiq görüldüyü qeyd olunub.



Әlaqәli Xәbәrlәr