Göbəklitəpə xarabalıqları yenidən qonaqlarını qarşılamağa başladı

Şanlıurfa Regional Turist Bələdçiləri Palatasının baş katibi Müslüm Çoban sözügedən mövzu ilə bağlı deyib...

1969181
Göbəklitəpə xarabalıqları yenidən qonaqlarını qarşılamağa başladı

 

  Fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra müvəqqəti bağlanan Şanlıurfadakı Göbəklitəpə xarabalıqları yenidən qonaqlarını qarşılamağa başladı.

  Şanlıurfa Regional Turist Bələdçiləri Palatasının baş katibi Müslüm Çoban sözügedən mövzu ilə bağlı dedi: “Türkiyədə güclü zəlzələ baş verdi. Göbəklitəpə bölgənin turizm lokomotivləri arasında ön sıralardadır. Hər sektordakı həyatın tədricən normala dönməsi üçün əlimizdən gələni edirik. Göbəklitəpə zəlzələdən zərər görmədən salamat çıxdı və aprelin 3-dən etibarən qonaqların üzünə açıldı”.

  Göbəklitəpəyə ilk dəfə gələn ingilis turist Cems Askar bu antik xarabalıqlara heyran qaldığını bildirdi: "Bu bölgədə bir çox muzey və əksər yerlər bağlıdır. Türkiyə və Suriyada baş verən zəlzələlərdən sonra Göbəklitəpənin açılışı çox yaxşı xəbər oldu”.

  İngilis arxeoloq Rozana Amatek Göbəklitəpənin dünya tarixi baxımından əhəmiyyətini vurğulayaraq dedi: "Göbəklitəpənin böyük arxeoloji dəyəri var. Zəlzələdən sonra açılması bizim üçün çox yaxşı oldu. Hamının gəlib buranı görməsi məsləhətdir.”



Әlaqәli Xәbәrlәr