"Ey əxlaqsız “Charlie Hebdo”, elə çəkməyəcəkdiniz, belə çəkəcəkdiniz!”

Qrafik dizayner Abrar Sabbah Fransada çıxan həftəlik yumor jurnalı “Charlie Hebdo”da Türkiyənin 6 fevralda yaşadığı zəlzələ fəlakəti ilə bağlı karikaturasını yenidən çəkib

1944313
"Ey əxlaqsız “Charlie Hebdo”, elə çəkməyəcəkdiniz, belə çəkəcəkdiniz!”

 

  Qrafik dizayner Abrar Sabbah Fransada çıxan həftəlik yumor jurnalı “Charlie Hebdo”da Türkiyənin 6 fevralda yaşadığı zəlzələ fəlakəti ilə bağlı karikaturasını yenidən çəkib.

  Jurnalın Kahramanmaraş zəlzələsi ilə bağlı "Türkiyədə zəlzələ oldu. Tank göndərməyə ehtiyac qalmadı" başlıqlı sosial mediadan paylaşdığı karikaturaya dünyanın hər yerindən reaksiyalar davam edir.

  Rəssam Abrar Sabbah sosial media hesabında paylaşdığı videoda Türkiyədəki zəlzələ fəlakəti ilə bağlı yayımlanan “Charlie Hebdo” karikaturasını yenidən işləyərək bu sözlərlə paylaşıb: "Ey əxlaqsız “Charlie Hebdo”, elə çəkməyəcəkdiniz, belə çəkəcəkdiniz. Yenidən ayağa qalxacağıq. Bu güclü millət yenə ayağa qalxacaq!"

  Şəkli jurnalın sosial media hesabına da göndərən A.Sabbahın işi qısa müddətdə minlərlə bəyənmə toplayıb və internet istifadəçiləri tərəfindən paylaşılıb.

 



Әlaqәli Xәbәrlәr