UNESCO Ahlat daş hörgü sənətini qəbul etdi

Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə...

1912920
UNESCO Ahlat daş hörgü sənətini qəbul etdi

 

  Türkiyənin ənənəvi Ahlat daş hörgü sənəti BMT-nin UNESCO Təhsil, Elm və Mədəniyyət Təşkilatının Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

  Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Türkiyənin mədəni nemətlərindən biri qeyri-maddi dünya irsi olaraq qorunmaya alınıb.

  Ahlat daş hörgü sənəti bu il Mərakeşin paytaxtı Rabatda keçirilən Qeyri-Maddi Mədəni İrsin Mühafizəsi üzrə Hökumətlərarası Komitədə 17-ci dəfə qiymətləndirilib və UNESCO-nun Təcili Qorunması Tələb Olunan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

  Beləliklə, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında Türkiyənin qeydə alınan mədəni nümunələrinin sayı 22-yə çatıb. Bu nümunələr

  1. məddahlıq,
  2. mövləvi səma mərasimi,
  3. aşıq ənənəsi,
  4. Novruz (çoxmillətli),
  5. Qaragöz,
  6. ənənəvi söhbət toplantıları,
  7. Kırkpınar Yağlı Güləş Festivalı,
  8. Ələvi-Bektaşi ritualı: səmazən (Semah),
  9. mərasim-keşkek ənənəsi,
  10. Mesir Macunu Festivalı,
  11. Türk qəhvə mədəniyyəti və ənənəsi ,
  12. ebru sənəti,
  13. Türk kağız bəzəmə sənəti,
  14. ənənəvi çini sənətkarlığı,
  15. incə çörək bişirmə və paylaşma mədəniyyəti (çoxmillətli),
  16. Bahar bayramı: Hıdrellez (çoxmillətli),
  17. fit dili,
  18. Dədə Qorqud mirası: dastan mədəniyyəti, xalq nağılları və musiqisi,
  19. ənənəvi türk oxçuluğu,
  20. ənənəvi zəka və strategiya oyunu manqala (çoxmillətli),
  21. miniatür sənəti (çoxmillətli) və xəttatlıq elementləri

ve s. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahılarına salınıb.

  Türkiyə mədəni irs siyahısında ən çox qeydə alınan ilk 4 ölkə arasındadır.



Әlaqәli Xәbәrlәr