Misirdə fironlar dövrünə aid 5 məzar aşkarlandı

Misirin Turizm və Qədim Əsərlər Nazirliyinin məlumatına görə...

1798617
Misirdə fironlar dövrünə aid 5 məzar aşkarlandı

 

  Misirdə Qədim Krallığın paytaxtı Memfisin nekropolunda fironlar dövrünə aid 5 məzar aşkarlanıb.

  Qeyd edilib ki, Giza yaylasının məşhur piramidalarından 15 kilometr cənubda yerləşən Sakkara bölgəsindəki türbələr yaxşı vəziyyətdədir.

  Təxminən eramızdan əvvəl 2270-ci ildə Misiri idarə etmiş Kral I Merenrenin piramidasının şimal-şərqində misirli arxeoloqlar tərəfindən beş məzar daşı aşkar edilib.

 Misirin Turizm və Qədim Əsərlər Nazirliyinin məlumatına görə, dövrün məzarlarda yüksək rütbəli məmurlarının qalıqları var. Altı metr dərinliyində olan məzarlardan ikisi kralın qayğısına qalan iki qadına, digəri isə keşiş Pepi Nefhanya məxsusdur.

  Həmin ərazidəki 7 metr dərinlikdəki məqbərənin də kral evinin idarəçisi Henuya aid olduğu bildirilib.

  Qəbirlərin içindəki sarkofaq və rəngli bəzək əşyaları da üzə çıxarılıb.

  Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı UNESCO-nun Ümumdünya Mirasları Siyahısına daxil edilmiş Sakkara həmçinin firon Zoserin pilləkən piramidasına ev sahibliyi edir.



Әlaqәli Xәbәrlәr