İnna Kayseridə konsert verib

Rumıniyalı bəstəkar, rəqs və ev musiqisi ifaçısı İnna Kayseridə konsert verib.

1756735
İnna Kayseridə konsert verib

Müğənni İnna, Erciyes Qış Festivalı çərçivəsində Erciyes Mədəniyyət Mərkəzində təşkil edilən tədbirdə türkcə “Necəsən Kayseri” deyərək tamaşaçıları salamlayıb. Musiqisevərlərə unudulmaz gecə yaşadan sənətçi “Desire”, “Sun Is Down”, “Gimme Gimme” kimi məşhur mahnılarını ifa edib.

Konsertdə sənətsevərlər sənətçinin ifa etdiyi mahnıları müşayiət ediblər. Ajda Pekkanın “Yay, Yaz” mahnısını da ifa edən İnnanın konserti 2 saata yaxın davam edib.



Әlaqәli Xәbәrlәr