“Onun dövrün tanınmış bir xanımı olduğu qətidir”, M.Koca

Beynəlxalq Türk Akademiyasının internet saytından yayılan məlumata görə, sözügedən tarixi əsərlə bağlı Əhməd Yəsəvi Beynəlxalq Türk-Kazak Universitetinin müəllimi professor Muxtar Koca deyib...

1683395
“Onun dövrün tanınmış bir xanımı olduğu qətidir”, M.Koca

 

  Qazaxıstanda təxminən 1300 illik qədim türk dövrünə aid daş heykəl tapılıb.

  Beynəlxalq Türk Akademiyasının internet saytından yayılan məlumata görə, sözügedən tarixi əsərlə bağlı Əhməd Yəsəvi Beynəlxalq Türk-Kazak Universitetinin müəllimi professor Muxtar Koca deyib: “Bu daş heykəl Türküstandan 250 kilometr uzaqlıqdakı Sırdarya (Neyhun) çayının yuxarısındakı bir ərazidə yerli sakin tərəfindən tapılıb. Qədim türk dövrünə aiddir. Əvvəllər də ölkənin müxtəlif bölgələrində bir neçə daş heykəl tapılmışdı. Ancaq bu heykəl görünüşü və üzərində işlənmiş motivlərinə görə digərlərindən daha fərqlidir. Hündürlüyü 1 metr olan heykəlin təxminən 1000-1300 yaşı olduğunu düşünürük.

  Heykəl qadın fiqurudur. Bunu çadra və sırğalardan anlamaq mümkündür. Ancaq dövrün tanınan bir xanımı olduğu qətidir. Bu, o dövrün böyük hökmdarının həyat yoldaşı ola bilər. Umay ana simvolu olma ehtimalı da var.

  Əhməd Yəsəvi Beynəlxalq Türk-Kazak Universitetinin Arxeologiya Araşdırma İnstitutu mütəxəssisləri tərəfindən öyrənilən heykəl tam   araşdırıldıqdan sonra ətraflı məlumat veriləcək”.



Әlaqәli Xәbәrlәr