“Kodokushi” sənədli filmin beynəlxalq premyerası Çində keçiriləcək
Ssenari müəllifi və rejissoru Ənsar Altay olan TRT World istehsalı “Kodokushi” sənədli filmin beynəlxalq premyerası Çində keçiriləcək.
1645304
“Kodokushi” 11-19 iyun tarixlərində Çində keçiriləcək “24-cü Beynəlxalq Şanxay Film Festivalı”nın əsas yarışma hissəsində nümayiş olunacaq.
“müasir həyat tərzi insanları təkliyə məhkum edir” tezisindən ilham alınaraq hazırlanan sənədli film, ölümlərindən bir neçə həftə sonra diqqət çəkən insanların tənha ölümlərindən bəhs edir.
Qeyd edək ki, Drama-sənədli janrda olan “Kodokushi” milli premyerası “8-ci Boğaziçi Film Festivalında” keçirildi və Festivalın Beynəlxalq Bədii Film Yarışmasında yarışaraq "Münsiflərin Xüsusi Mükafatı" na layiq görüldü.
Әlaqәli Xәbәrlәr
Türkiyənin turizm gəliri 2024-cü ilin ilk rübündə
Türkiyə Statistika Təşkilatı 2024-cü ilin birinci rübü üzrə turizm statistikasını açıqlayıb