“Rafadan Tayfa” artıq Avropaya açıldı

Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) dəstəyilə Köln kinoteatrında təşkil edilən və film qəhrəmanlarının da qatıldığı nümayişə uşaqların böyük marağı olub.

1347380
“Rafadan Tayfa” artıq Avropaya açıldı

 

  “TRT Çocuk” kanalının çizgi film seriyasından 2-ci kinofilmi olan “Rafadan Tayfa Göbeklitepenin Avropa qalası” Almaniyanın Köln şəhərində göstərilib.  

  Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) dəstəyilə Köln kinoteatrında təşkil edilən və film qəhrəmanlarının da qatıldığı nümayişə uşaqların böyük marağı olub.

  Filmin prodüser və rejissoru İsmayıl Fidan nümayişdən əvvəli etdiyi çıxışında: “Bu gün ölkəmizdə ən çox izlənilən “Rafadan Tayfa” çizgi filmi artıq Avropaya açıldı və burada da maraqla qarşılandı", - deyib.

  Qeyd edək ki, “Rafadan Tayfa”nın çəkiliş qrupu yanvarın 26-da Almaniyanın Stutqart, 27-sində Avstriyanın Linz və 3 fevralda isə Viyana şəhərlərində uşaqların görüşünə gedəcək.



Әlaqәli Xәbәrlәr