İstanbulda Yaponiya ictimai media orqanının ofisi açıldı

Yaponiyanın NHK ictimai media orqanı 31-ci beynəlxalq ofisini İstanbulda açdı.

1323558
İstanbulda Yaponiya ictimai media orqanının ofisi açıldı
ibrahim eren-bilal erdogan-nhk.jpg
nhk.jpg

 

  Yaponiyanın NHK ictimai media orqanı 31-ci beynəlxalq ofisini İstanbulda açdı.

  Açılış mərasimində Dünya Etnospor Federasiyasının başçısı Bilal Ərdoğan və Türkiyə Radio Televiziya Təşkilatı – TRT-nin baş direktoru İbrahim Eren iştirak ediblər.

  Tədbirdə çıxış edən NHK-nın müdiri Ryoichi Ueda deyib:

  “NHK-nın 31-ci ofisinin İstanbulda qurulması Türkiyənin beynəlxalq qurumlar arasındakı nüfuzuna görədir.

  Biz İbrahim Erenlə birlikdə Asiya Sakit Okean Media Birliyində sözügedən mövzu ilə bağlı çalışdıq.

  NHK-nın İstanbul ofisi açıldıqdan sonra Yaponiya və Türkiyənin xalqları bir-birini daha yaxşı tanıma fürsəti əldə edəcəklər.”

  TRT-nin baş direktoru da öz növbəsindəki çıxışında həmkarının sözlərini təsdiqlədi, NHK-nın fəaliyyətinə TRT olaraq dəstək verəcəklərini vurğuladı, bu media orqanının İstanbul ofisinin Türkiyə-Yaponiya dostluğuna töhfə verəcəyinə inandığını söylədi və mərkəzdə çalışanlara yaponca uğurlar arzuladı.



Әlaqәli Xәbәrlәr