Boğaziçi Film Festivalı başladı

Bu il yeddincisi keçirilən Boğaziçi Film Festivalına böyük maraq göstәrilib.

1290502
Boğaziçi Film Festivalı başladı

Bu il yeddincisi keçirilən Boğaziçi Film Festivalına böyük maraq göstәrilib.

Türkiyə Radio vә Televiziya Qurumu TRT-nin tәşkilatçılığı ilә keçirilәn festivalda ən yeni filmlər nümayiş olunacaq.

Türkiyәnin İstanbul şәhәrindә keçirilәn festival 1 həftə ərzində sәnәtsevәrlәrin ruhlarını oxşayacaq.

Bu il festivalda 25 ölkədən ümumilikdə 83 film nümayiş olunacaq.

Boğaziçi Film Festivalının maraqla gözlənilən hissələri isә milli və beynəlxalq film müsabiqәlәridir.  Hər iki hissədə doqquz film nümayiş olunacaq.

Festival çərçivəsində həmçinin beynəlxalq müsabiqə, qısametrajlı film və qısametrajlı sənədli  filmlәr  müsabiqәsi dә keçiriləcək.

Festival oktyabrın 25-dәk davam edәcәk



Әlaqәli Xәbәrlәr