İstanbulda “Lifestyle Turkey” geyim sərgisi açıldı

İstanbul Sərgi Mərkəzində əsasən hicablı xanımlar üçün nəzərdə tutulmuş geyim kolleksiyasılarının nümayiş olunacağı “Lifestyle Turkey”  sərgisi açıldı.

1256881

Sərgidə 30 ölkədən gələn 60 istehsalçı və firma 700 mağaza ilə iştirak edir.

Almaniya, İraq, İran, Rusiya, Hollandiya, Özbəkistan, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Livan, İordaniya, Əlcəzair, Mərakeş və Liviya başda olmaqla, xaricdən gələn stilistlər, mağaza sahibləri və istehsalçılar sərgidə 12 mindən çox yeni geyim modelini nümayiş etdirirlər.

Hicablı xanımlar üçün geyimlər istehsal edən şirkətlərin qış kolleksiyasına daxil olan nümunələrin təqdim olunduğu sərgi avqustun 24-dək açıq olacaq.

Әlaqәli Xәbәrlәr