Çexiyalı rəssam ilk sərgisini Ankarada açdı

Turistik olaraq Türkiyəyə gələn və gəzdiyi şəhərlərə valeh olan Çexiyalı rəssam və qrafik dizayneri Jiri Votruba, "Aşiq oldum" dediyi ölkəmizdə sərgi açdı.

1206168
Çexiyalı rəssam ilk sərgisini Ankarada açdı

Rəssam Votruba Ankarada açdığı və 60 fərqli əsərini nümayiş etdirdiyi sərgi ilə bağlı Anadolu Agentliyinə (AA) verdiği açıqlamada : “Bu Türkiyədə açdığım ilk sərgidir. Uzun illərdir belə bir işə imza atmaq istəyirdim gerçək oldu. Türkiyədə daha əvvəl üç dəfə oldum. İstanbul, Amasya, Mudurnu və İzniki gəzdim. Bu ölkəyə valeh oldum xalqını sevdim. Türkiyə bütün sənətçilər üçün ilham mənbəyidir. Rəsimlərimdə qlobal dünyaya və istehlakçı cəmiyyətin təhlükələrinə diqqətləri cəlb etmək istədim”-deyə  verğulayıb.

Qeyd edək ki, Votrubanın CerModern Kuzey Hanqar Gallery-də açdığı sərgi 23 İyuna qədər ziyarətə açıq olacaq.



Әlaqәli Xәbәrlәr