Analar Gününüz mübarək olsun

Azərbaycanlı şair Qabil Ədalətin "Uca müqəddəslik ünvanım, Ana" şeiri ilə TRT/Azerbaycan saytı da bütün anaları təbrik edir, uzun ömür, can sağlığı arzu edir.

1195331
Analar Gününüz mübarək olsun

  Analar Günü anaları şərəfləndirən xüsusi bir gündür.

  Ümumiyyətlə, bu bayram ayrı-ayrı ölkələrdə müxtəlif vaxtlarda qeyd olunur.  

  Analar Gününün tarixçəsi

  Analar günü ənənəsi antik yunan mifologiyasında bir çox tanrı və ilahənin anası olan Rheanın şərəfinə hər keçirilən bahar festivalı ilə başlayıb. Qədim romalılar isə bahar festivallarını İsanın doğumundan 250 il əvvəl baş ilahə Kibelanın şərəfinə qeyd edirdilər.

  Amerika Birləşmiş Ştatlarında Anna Jarvisin dünyadan köçən anası üçün 1908-ci ildə tutduğu xatirə günü 1914-cü ildə konqresin razılığı ilə Amerika miqyasında genişləndi və dünyanın əksər yerlərində may ayının ikinci həftəsində qeyd olunmağa başladı.

  1955-ci ilin 5 may tarixində Türkiyə Qadınlar Birliyinin təşəbbüsü ilə hər il may ayının ikinci bazar gününün Türkiyədə də Analar Günü kimi qeyd olunmasına qərar verildi.

  Həmin il birlik türk qadın qəhrəmanı Nənə Xatunu “İlin anası” seçdi.

  Azərbaycanlı şair Qabil Ədalətin "Uca müqəddəslik ünvanım, Ana" şeiri ilə TRT/Azerbaycan saytı da bütün anaları təbrik edir, uzun ömür, can sağlığı arzu edir.

Qəlbimdə döyünən ürəyim mənim.

Dar gündə istəyim, diləyim mənim.

Tanrı dərgahında mələyim mənim.

Hər zaman qayğıma qalanım, ANA.

          Gecələr yuxusuz qalanım oldun.

          Qadamı hər vədə alanım oldun.

          Ömrünü odlara salanım oldun.

          Övlada pərvanə olanım, ANA.

Hər dərdə, əzaba sən tab gətirdin,

Özün ac qaldınsa, bizi yedirdin,

Könül bağçasında övlad bitirdin.

Ömür gülşənimdə bağbanım, ANA.

          Peyğəmber adına veribdi qiymət:

          Ayağın altına səribdi cənnət.

          Ana naləsindən qopar qiyamət.

          Uca müqəddəslik ünvanım, ANA.



Әlaqәli Xәbәrlәr