"Buta"da Novruz ankaralıları öz tonqalı ətrafında birləşdirdi

Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Heydər Əliyev Parkında Buta Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyinin təşklatçılığı ilə Novruz bayramı qeyd edilib.

1168707
"Buta"da Novruz ankaralıları öz tonqalı ətrafında birləşdirdi

  Azərbaycanın Türkiyədəki səfrliyinin əməkdaşları, Ankarada yaşayan azərbaycanlılar və xüsusi dəvət olunan qonaqların iştirak etdiyi tədbir musiqi ilə start götürüb.

  Müğənni Arzu Qurbani, kamançaçalan Möhsün Qurbani, tarzən Abdulla Qurbani, qarmon ifaçısı Rafiq Əsgərov və nağaraçı Dəniz Musabəylidən ibarət ansambl Azərbaycanın xalq və bəstəkar mahnılarını səsləndiriblər. Bakı şəhəri G.Şeroyev adına 35 saylı musiqi məktəbinin şagirdi Elvin Məmmədli də musiqi axşamına xüsusi rəng qatıb.

  Tədbirdə çıxış edən “Buta’’ Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyinin sədri Nurlan Yusifov Azərbaycan və bütövlükdə Şərq mədəniyyətində önəmli yerə sahib olan Novruz bayramının milli-mənəvi dəyərlərimizin yaşadılmasındakı roluna toxunaraq bu bayramın bütün dünyada yaşayan azərbaycanlıları birləşdirdiyini vurğulayıb.

  Tədbirdə hazırlanan şirniyyatlardan və çərəzlərdən ibarət bayram xonçası bu bayramın ilk dəfə canlı şahidi olan qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Qonaqlar yazın gəlişinin simvolu olan səməni, şəkərbura, paxlava və badambura kimi Azərbaycan şirniyyatının Novruz mədəniyyətində xüsusi yeri və bu bayramın, doğrudan da təbiətin oyanışı olduğunu bəyəniblər.

  Daha sonra bayram həyətdə qalanan tonqalların əhatəsində davam edib.

  Ankara Qafqaz Rəqs Qrupunun rəqqasları Azər və Muazzəz Bayramlılar, Səkinə Muxtarlı və Xeyrəddin Abatayın təqdim etdiyi Azərbaycan rəqsləri gələnlərin xoşuna gəlib və Novruzun gəlişi ilə bağlı Azərbaycan və Türkiyəyə səmimi arzularını dilə gətiriblər.

 

Mənbə: kult.az



Әlaqәli Xәbәrlәr