"Pure London"  sərgisi  Londonda keçirilir

Böyük Britaniyanın nəhəng geyim sərgisi "Pure London" Türk brendlər də daxil 1300-dən çox iştirakçı ilə qapılarını ziyarətə açdı.

1142650
"Pure London"  sərgisi  Londonda keçirilir

Paytaxt Londonun qərbindəki Olympia Sərgi Mərkəzində təşkil edilən yarmarkada ayaqqabıdan paltara qədər bir sıra məhsul nümayiş etdirilir.

Sərginin ayaqqabı və aksesuar hissəsindəki Türk iştirakçılardan Callizionun sahibi Bahadır Çam, “Pure London” kimi nəhəng bir sərgidə Türkiyəni təmsil etməyin qürurunu yaşadıqlarını bildirib.

"Callizio" adının İtaliya dilində calzatura (ayaqqabı) və qualita (keyfiyyət) kəlməsinin birləşməsi ilə ortaya çıxdığını ifadə edən Çam: "Bizim kolleksiyamız kişi və qadın dəri ayaqqabılarından ibarətdir. Bunların yanında deri kəmərlər və çanta da istehsal edirik. Bütün məhsullarımız yerli istehsaldır. Bunları Britaniya bazarında satışa çıxarırıq. Pure London nüfuzlu sərgilərdən biri hesab edilir. Buna görə sərgi çərçivəsində bir də mod nümayişi təşkil ediləcək. Gələcək həftə Birminghamda təşkil ediləcək "Fashion UK" sərginə də qatılmağı planlayırıq. Məqsədimiz rəqabətin və ticarət müharibələrinin hökm sürdüyü dünyamızda ixracatımızı artırmaq və ölkəmizin iqtisadi inkişafına az olsa da töhfə verməkdir”.

Zelal Koçakelçi Ogün də "Zell" qadın geyim brendi ilə sərgidə iştirak etdiklərini bildirib.



Әlaqәli Xәbәrlәr