"Ayrılığ"ın şairi bu dünyadan əbədi ayrı düşdü

Məşhur “Ayrılıq” mahnısının sözlərinin müəllifi, Fərhad təxəllüslü Rəcəb İbrahimi Korabazlı 83 yaşında dünyasını dəyişib.

1141913
"Ayrılığ"ın şairi bu dünyadan əbədi ayrı düşdü

  Məşhur “Ayrılıq” mahnısının sözlərinin müəllifi, Fərhad təxəllüslü Rəcəb İbrahimi Korabazlı 83 yaşında dünyasını dəyişib.

  Cənubi Azərbaycanlışair Fərhad İbrahimi 1936-cı ildə İranın Ərdəbil vilayəti Nir şəhərinin Korabazlı kəndinin Yurdçu məntəqəsində dünyaya göz açmışdı.

  F.İbrahimi bəstəkar və tarzən Əli Səlimi ilə tanış olduqdan sonra “Ağlama”, “Açıl, səhər” və “Ayrılıq” şeirlərini ona təqdim edib.

  “Ayrılıq” mahnısını ilk dəfə bəstəkarın həyat yoldaşı Fatma Qənnadi oxuyub, 1958-ci ildə Tehran radiosunda səsləndirilib. Mahnı 1963-cü ildə Tehrana səfər edən Rəşid Behbudova təqdim olunub. R.Behbudov ifasından sonra “Ayrılığ”ın şöhrəti İran, Cənubi və Şimali Azərbaycan sərhədlərini aşmağa başlayıb və ümumtürk dünyasının ən məşhur mahnılarından biri kimi tanınıb.

İllərdir uzağam arxam elimdən.
Bülbüləm, düşmüşəm ayrı gülümdən.
Zor ilə ayırıb şirin dilimdən.
Ayrılıq, ayrılıq, yaman ayrılıq,
Hər bir dərddən olur yaman ayrılıq...

  Mahnının sözləri siyasi dəyərləndirildiyi üçün senzuraya məruz qalıb və şair İbrahimi mahnının sözlərini dəyişdirərək, onu bu gün hər yerdə oxunduğu kimi bir sevgi şeiri şəklinə salıb.

  “Ayrılığ”ın digər məşhur ifaçıları Ququş və Yaqub Zürufçu olub.

  Mənbə: publika.az



Әlaqәli Xәbәrlәr