Amina Umurzakova xatirǝsinǝ anım mǝrasimi  keçirildi

Qazaxıstanın paytaxtı Astanada, Qazax kinotearının anası  adı  ilǝ  tanın mǝrhumǝ Amina Umurzakova anadan olduğunun 100-cü ildönümündə yad edildi.

1126082
Amina Umurzakova xatirǝsinǝ anım mǝrasimi  keçirildi

Qazaxıstan Milli Kitabxanasında tǝşkil edilǝn anım mǝrasiminǝ ədəbiyyatçı, sənətçi, yazıçı və gənc kinoteatr oyuncular iştirak edib. Tǝdbirdǝ Umurzakovanın həyatı və gördüyü işlǝr şǝrh edilib. fotoşəkillərindən ibarət sərgi açılıb.

Şair və ədəbiyyatçı Töregeldi Tuyakbay tǝdbirdǝ etdiyi çıxışında: “Umurzakova yalnız Qazax xalqı üçün yox, Türk xalqları üçün də ortaq dəyər hesab edilir. Xalqımızın vǝ ölkǝmizin qüruru olan aktrisanın anadan olduğunun 100-cü ildönümü çərçivəsində UNESCO tərəfindən il ərzində müxtəlif tədbirlər keçirilǝcǝk.

Qeyd edǝk ki, 1919-cu il Şərqi Qazaxıstan əyalətində anadan olan Umurzakova, 1938-ci ildə aktrisalıq hǝyatına qǝdǝm qoymuş.

Qazax, Qırğız və Rus kinoteatrından rejissorların çəkdiyi 30-dan çox filmdə iştirak edǝn Umurzakova, ağ pərdədə daha çox "Qazax ana" roluyla tanındı. Umurzakova, 2006-cı ildə Almatıda həyata vida etdi.

 

 



Әlaqәli Xәbәrlәr