"Prins Blossom"un üzvləri sufi musiqisinə heyrandırlar

Türkiyəyə Konya və Ankarada  konsert vermək üçün ikinci dəfə gələn meksikalı, misirli, fransalı və əlcəzairli musiqiçilərdən ibarət olan dünya şöhrətli musiqi qrupu "Prins Blossom"un üzvləri Türk və sufi musiqisinə heyran olduqlarını söylədilər.

1099476
"Prins Blossom"un üzvləri sufi musiqisinə heyrandırlar

Meksikalı, misirli, fransalı və əlcəzairli musiqiçilərdən ibarət olan məşhur musiqi qrupu "Prins Blossom" Konyada Səlcuqlu Konqres Mərkəzində konsert verdi.

Konsertdən sonra qrubun üzvləri müsahibə verdilər.
 
 Elektron musiqisini Orta Şərq və Afrika musiqi ənənələri ilə, şərq melodiyaları ilə birləşdirərək qrupun sampling bazasını hazırlayan, qrupa latın dadını verən perkussiya və barabanların ifaçısı meksikalı Karlos Robles Arenas Türkiyədə ikinci, Konyada isə ilk dəfə olduğunu söylədi.
 
 Konya və Türkiyəni çox sevdiyini, ilk fürsətdə yenə gəlmək istədiyini bildirən Arenas qrup üzvlərinin Türk musiqisini  tez-tez birlikdə dinlədiklərini vurğuladı.
 
 Arenas: " Möhtəşəm tarixi musiqiniz var. Neyin səsinə heyranam. Türk musiqisini və səmavi rəqslər edən dərvişləri sevirəm. Sazın səsi də mənə çox təsir edir. Sufi musiqisini çox sevirəm" dedi.
 
 Qrupun vokalisti misirli Hend Elvary isə Türk və sufi musiqisini hər zaman dinlədiklərini qeyd edərək: "Türkiyə çox gözəl bir ölkədir. Bu ölkəni çox sevdim. Yenidən gəlməyi çox istərdim. Türk musiqisini tanıyıram və Misirdə də bəyənərək dinləyirəm. Səhnəyə çılpaq ayaqla çıxmaq mənə müsbət enerji verir. Bunu sevirəm və bunun ifamda da əks olunduğunu hiss edirəm" deyə danışdı.



Әlaqәli Xәbәrlәr