Vyanada TÜRKSOY-un yubileyi münasibətilə konsert təşkil olunub

Konsertdə TÜRKSOY-un Gənclər Kamera Orkestri klassik musiqi proqramı ilə çıxış edib.

1098539
Vyanada TÜRKSOY-un yubileyi münasibətilə konsert təşkil olunub

Noyabrın 30-da Vyana şəhərinin mərkəzində yerləşən və zəngin klassik ənənəyə malik Vyana Musiqi Cəmiyyətinin Brams zalında Yunus Emre İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) 25 illik yubileyi münasibətilə konsert proqramı təşkil edilib.

Konsertdə TÜRKSOY-un Gənclər Kamera Orkestri klassik musiqi proqramı ilə çıxış edib.

Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, Avstriyanın yerli ictimaiyyətinin təmsilçilərinin və musiqisevərlərin iştirak etdikləri konsertdən əvvəl TÜRKSOY-un baş katibi Düsen Kaseinov təşkilatda təmsil olunan ölkələr adından çıxış edib və Vyanada baş tutan bu konsertin ərsəyə gəlməsində dəstəyi olan türkdilli ölkələrin səfirliklərinə minnətdarlığını bildirib. Qeyd edilib ki, müxtəlif türkdilli ölkələrdən gənc istedadların cəmləşdiyi bu orkestr türkdilli ölkələrdə bəstələnən klassik əsərləri dünya ictimaiyyətinə tanıdır. Digər tərəfdən isə bu gənclərin belə bir orkestrdə bir araya gəlməsi, onların gələcək sənət yolu və ümumiyyətlə, türkdilli ölkələrin istedadlı gənclərinin yaradıcı ünsiyyətinin qurulmasına böyük töhfə verir.

Tədbirin bədii hissəsində türk dünyasını təmsil edən beş ölkədən, ümumilikdə, 20-dən çox musiqiçinin iştirak etdiyi kamera orkestri konsert proqramı ilə çıxış edib. 

İştirakçıların ruhunu oxşayan konsert proqramı təxminən bir saat davam edib.


Etiketlәr: #Vyana , #TÜRKSOY

Әlaqәli Xәbәrlәr