Qazaxıstanda Türk filmləri rüzgarı əsdi

Qazaxıstanın Almatı şəhərində IV Türk Filmləri Həftəsi keçirildi.

1082704
Qazaxıstanda Türk filmləri rüzgarı əsdi

Qazaxıstanın Almatı şəhərində IV Türk Filmləri Həftəsi keçirildi.
 
 Türk filmləri həftəsinin fəxri qonaqları TRT 1-in əfsanə serialı "Diriliş Ərtoğrul"da bir zamanlar Selcan xatunu canlandıran Didem Balçın ilə Sunqur Təkin xarakterinə həyat verən Sezgin Erdemir oldu.
 
 Türkiyənin Almatı Baş konsulu Kağan Yılmaz Türk və Qazax xalqlarının ortaq mədəniyyətləri bölüşdüklərini söylədi.
 
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Almatı Baş Konsulluğunun dəstək verdiyi tədbirdə çıxış edən Yılmaz Türkiyədəki müasir mədəniyyəti kino sənəti vasitəsilə Qazaxıstana daşıdıqlarını bildirdi.
 
 Türk Filmləri Həftəsində "Vəzifəmiz İstirahət", "Acı, Şirin Və Turş", "Muska və Somuncu Baba" filmləri də tamaşaçılara  təqdim olundu.
 
 Filmlər qazax  dilində alt yazılı və pulsuz olaraq nümayiş olundu.



Әlaqәli Xәbәrlәr