Mövlana Cəlaləddin Rumi anadan olmasının ildönümündə Bişkəkdə yad edildi

Şair və mütəfəkkir Mövlana Cəlaləddin Ruminin anadan olmasının 811-ci ildönümü münasibətilə Qırğızıstanın paytaxtı Bişkəkdə konfrans təşkil edildi.

1065326
Mövlana Cəlaləddin Rumi anadan olmasının ildönümündə Bişkəkdə yad edildi

Mövlana Cəlaləddin Rumi anadan olmasının ildönümündə Bişkəkdə yad edildi

Şair və mütəfəkkir Mövlana Cəlaləddin Ruminin anadan olmasının 811-ci ildönümü münasibətilə Qırğızıstanın paytaxtı Bişkəkdə konfrans təşkil edildi.  

Qırğızıstan-Türkiyə Manas Universitetinin ev sahibliyində Türkiyə, İran, Əfqanıstan və Tacikistanın Bişkək səfirlərinin dəstəklərilə keçirilən "Mövlanə Konfransı”na tələbələr böyük maraq göstərdi.

Konfransda universitetin rektoru Prof. Dr. Səbahaddin Balcı ilə rektor əvəzi Prof. Dr. Asılbek Kulmırzayev günün anlam və əhəmiyyətini vurğulayan çıxış etdilər.

Türkiyənin Bişkək səfiri Cingiz Fırat Qırğızıstanın ortaq dəyərləri və mədəniyyəti yenidən kəşf etməyə başladığını bildirərək deyib ki, Mövlanə bizim ortaq tariximizdir, mədəniyətimizdir, dəyərimizdir. Qırğızistanda Manas dastanı nə qədər əhəmiyyətlidirsə, bizim coğrafiyamızda Məsnəvi kitabı o səviyyədə əhəmiyyətli əsərdir. Bu əsəri oxumağınızı tövsiyə edirəm. Mövlanənin dəyərlərini Qırğızıstanda tanış etdirmək üçün fəaliyyətlərimiz davam edəcək.

İranın Bişkək səfiri Əli Modjtaba Ruzbehani də ölkəsində hər okyabr ayında Mövlənəni anım tədbirləri keçirdiklərini xatırladıb: “Mövlanə sevgi məktəbinin banisidir. Mövlanə məşhur Abay Kunanbaye, Nizami Gəncəvi və Manas kimi ana dilinə və insanlığa böyük töhfə verdi.”

Əfqanıstanın Bişkək səfiri Məhəmməd İsa Mespah da Məsnəvinin sülh, dürüstlük və dostluğun əsas götürüldüyü əsər olduğunu vurğulayıb.

Tacikistanın Bişkək səfiri Suhrob Olimzoda da “Dil, ağıl, yüksək mədəniyyət və ünsiyyət sahəsində dünya xalqlarını birliyə çağıran tanınmış mütəfəkkiri nümunə kimi görürük. Mövlanənin əsərləri dünyada ən çox oxunan 10 kitab arasındadır. Tacik xalqı olaraq Mövlanə ilə qürur duyuruq” deyə qeyd edib.



Әlaqәli Xәbәrlәr