Azərbaycan Niderlandda keçirilən səfirliklər festivalında təmsil olunub

Niderland Krallığının Haaqa şəhərində səfirliklər festivalı (“Embassy Festival”) keçirilib

1042661
Azərbaycan Niderlandda keçirilən səfirliklər festivalında təmsil olunub

Niderland Krallığının Haaqa şəhərində səfirliklər festivalı (“Embassy Festival”) keçirilib. Festival bu ölkədə akkreditə olunmuş 70-dən çox səfirliyin birgə təşkilatçılığı ilə reallaşıb.

Müxtəlif ölkələrin mədəniyyətlərinin təqdim edildiyi festivalda Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyi də təmsil olunub. Azərbaycan pavilyonunda milli mətbəxin ən ləziz təamları və içkiləri təqdim edilib, ziyarətçilərə Azərbaycanın  mədəniyyəti, incəsənəti və turizmi haqqında ətraflı məlumat verilib, broşürlər paylanıb.

Festivala 35 minə yaxın insan gəlib. Ziyarətçilər Azərbaycanın məhsullarına və kulinariya incilərinə heyranlıqlarını bildirib və Azərbaycanın  mədəniyyəti ilə daha yaxından tanış olmaq arzularını dilə gətiriblər.

 

Mənbə:AZƏRTAC



Әlaqәli Xәbәrlәr