II Beynәlxalq Bodrum Müasir Rәqs Festivalı başa çatıb
Bodrum Rәqs Klubunun tәşkilatçılığı ilә keçirilәn festivalda 204 rәqqas iştirak edib.
985101
Muğlanın Bodrum qәsәbәsindә tәşkil edilәn II Beynәlxalq Bodrum Müasir Rәqs Festivalı başa çatıb.
Bodrum Rәqs Klubunun tәşkilatçılığı ilә keçirilәn festivalda 204 rәqqas iştirak edib.
Festival çәrçivәsindә Bodrum Bәlәdiyyәsi Herodit Mәdәniyyәt Mәrkәsindә üç kateqoriyada rәqs müsabiqәsi keçirilib.
Yüksәk nәticәlәr әldә etmiş müsabiqә iştirakçılarına Türkiyә Rәqs Federasiyasının idarә heyәtinin üzvlәri İhsan Atalay vә Ali Çakır tәrәfindәn kubok vә medal verilib.