Şakira İsraildə verəcəyi konserti ləğv etdi

UNİSEF-in xoşməramlı səfiri, Kolumbiya əsilli ABŞ müğənnisi Şakira İsrailin Tel-Əviv şəhərində verəcəyi konserti ləğv etdi.

981927
Şakira İsraildə verəcəyi konserti ləğv etdi

 UNİSEF-in xoşməramlı səfiri, Kolumbiya əsilli ABŞ müğənnisi Şakira İsrailin Tel-Əviv şəhərində verəcəyi konserti ləğv etdi.

Müğənninin  iyunun 9-da İsraildə  konserti olacaqdı.

Şakira bu addımı mayın 14-də Qüdsdə ABŞ səfirliyinin açılmasına etiraz edən minlərlə fələstinlinin Qəzza zolağında İsrail ordusu tərəfindən atəşə tutulmasına etiraz olaraq atdı.

Qeyd edək ki, mayın 14-də Qüdsdə ABŞ səfirliyinin açılışı olub. Buna etiraz edən minlərlə fələstinli Qəzza zolağında aksiya keçirib. İsrail ordusunun açdığı atəş nəticəsində 64 fələstinli həlak olub, 3000-dən çox insan yaralanıb.



Әlaqәli Xәbәrlәr