Gəncədə "Xalq Cümhuriyyətinin varisləriyik” devizi altında tədbir keçirilib

Gəncə şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilir.

979443
Gəncədə "Xalq Cümhuriyyətinin varisləriyik” devizi altında tədbir keçirilib

Gəncə şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilir.

"Xalq Cümhuriyyətinin varisləriyik” devizi altında keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev, Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay, Türkiyənin Gəncədəki baş konsulu Orhan İşık, Gürcüstanın Gəncədəki baş konsulu Mamuka Balavadze iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Heydər Әliyevin Gəncə şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Sonra AXC-nin 100 illiyi münasibətilə müasir tələblər səviyyəsində yenidən qurulan "Azərbaycan Xalq Cümhuriyyəti" muzeyinə baxış keçirilib. 



Әlaqәli Xәbәrlәr