"Qızıl Palma Budağı" mükafatı öz sahibini tapdı

Fransanın Kann şəhərində keçirilən film festivalının qalibi "Manbiki  Kazoku" (Bir Ailə İşi) filmi ilə yapon rejissor Hirokazu Kore-eda olub.

974867
"Qızıl Palma Budağı" mükafatı öz sahibini tapdı

Dünən gecə saatlarında dünyanın ən nüfuzlu film mükafatlarından olan Qızıl Palma Budağı öz sahibini tapıb.

 Fransanın Kann şəhərində keçirilən film festivalının qalibi "Manbiki  Kazoku" (Bir Ailə İşi) filmi ilə yapon rejissor Hirokazu Kore-eda olub. Amerikalı rejissor Spayk Liinin "BlacKkKlansman" filmi "Qrand Pri"yə layiq görülüb. Bu il festivalda iştirak etməyən digər dünya şöhrətli rejissor Jan Lük Qodard isə uzun illər ərzində film sahəsində gördüyü işlərə görə xüsusi "Palme d’Or"la təltif edilib. Digər mükafatçıların siyahısını təqdim edirik:

Ən yaxşı aktrisa mükafatı: qazaxıstanlı Samal Yeslyamova (Ayka filmi)

Ən yaxşı aktyor: italyan Marçello Fonte (Dogman filmi)

Livanlı rejissor  "Capernaum" filminə görə münsiflərin xüsusi mükafatına layiq görülüb.

Ən yaxşı ssenari mükafatının qalibləri: "Happy as Lazzaro" (Alis Rorvaçer) və "Three Faces" (Cəfər Pənahi və Nadir Saeyvar) filmləri.



Әlaqәli Xәbәrlәr