Səudiyyə Ərəbistanıda ilk kinoteau açıldı

Səudiyyə Ərəbistanında 35 il qüvvədə qalan qadağan qərarı ləğv edildikdən sonrda paytaxt Riyadda ilk kinoteatr  açıldı.

954544
Səudiyyə Ərəbistanıda ilk kinoteau açıldı

Kinoteatrın açılış mərasimini reallaşdıran Səudiyyə Ərəbistanı Mədəniyyət və İnformasiya naziri Avad Bin Saleh əl-Avad, İdman Baş direktorunun müavini və Səudiyyə İcma İdmanları Federasiyasının prezidenti Şahzadə Rima bint Bender ilə AMC Başçısının müavini Jason Colen və xeyli sayda səlahiyyətli, diplomat və sektor mütəxəssisi, ilk olaraq Holivud istehsalı olan Black Panther (Qara Kaplan) filmini izləyib.

Mərasimdə gender bərabərliyi təmin olunub, zala kişilərlə yanaşı qadınlar da buraxılıb.

Səudiyyə Ərəbistanı Mədəniyyət və İnformasiya Nazirliyindən edilən yazılı şərhdə, onlarla ildən sonra paytaxtda xidmətə verilən ilk kinoteatrın lazımlı işlər tamamlandıqdan sonra xalqa açıq elan ediləcəyini, bunun üçün bir həftə vaxta ehtiyac olduğunu qeyd edilib.



Әlaqәli Xәbәrlәr