Bakıda keçirilən “Ahıska qızları” qabiliyyət yarışması

Martın 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında V Beynəlxalq “Ahıska qızları” qabiliyyət yarışmasına başlanılıb.

937963
Bakıda keçirilən “Ahıska qızları” qabiliyyət yarışması

Martın 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında V Beynəlxalq “Ahıska qızları” qabiliyyət yarışmasına başlanılıb.

Yarışma Bakıda Dünya Ahıska Türkləri Birliyi (DATÜB), Azərbaycanda yaşayan Ahıska Türkləri “Vətən” İctimai Birliyi və Qazaxıstan “Ahıskalı Qadınlar” İctimai Birliyi tərəfindən təşkil olunub.

Tədbirdə Milli Məclisin deputatı Adil Əliyev çıxış edərək yarışmanın əhəmiyyətindən danışıb. Bildirilib ki, Azərbaycanda belə bir tədbirin keçirilməsi dünyada yaşayan ahıska türklərinin bir araya gəlməsi baxımından əlamətdardır.

Dünya Ahıska Türkləri Birliyi (DATÜB) sədri Ziyatdin Kassanov çıxış edərək sonrakı yarışmanı Türkiyədə keçirmək istədiklərini söyləyib.

Qeyd edilib ki, yarışmaya Azərbaycan başda olmaqla, Rusiya, Qazaxıstan, Türkiyə, Qırğızıstan, Ukrayna və Gürcüstanda yaşayan ahıska türkləri qatılıb. Yarışmanın proqramına şeir oxuma, “Mən bir ulduzam” mahnı və rəqs nümayişi, intellektual turnir, türk xalqlarının atalar sözləri və folklor nümunələrinin təqdimatı və “Şərqin incisi” moda nümayişi kimi mövzular daxildir.

Sonra müsabiqəyə başlanılıb.



Әlaqәli Xәbәrlәr