“Yıldız Sarayı Fotoşəkil Kolleksiyası” sərgisi açıldı

Osmanlı padşahı ikinci Abdülhəmidin iqtidarı dövründə çəkilən və yaxın tariximizi işıqlandıran fotoşəkillər Almaniyada nümayiş etdirilir.

868983
“Yıldız Sarayı Fotoşəkil Kolleksiyası” sərgisi açıldı

“Yıldız Sarayı Fotoşəkil Kolleksiyası” sərgisi Almaniyanın paytaxtı Berlindǝ açılıb. Türkiyənin Berlin səfirliyinin ev sahibliyi etdiyi sərgidə nümayiş etdirilən və Suldan ikinci Abdülhəmidin kolleksiyasından ibarət olan sərgi, Osmanlı-Almaniya əlaqələrinin sosial və mədəni ölçüsünü göstərir.

Sergiyini, müvəqqəti hökumətin Maliyyə naziri Peter Altmaier də ziyarət etdi. O Türkiyə ilə Almaniya arasındakı əlaqələrin, fotoşəkillərdə də göstərildiyi kimi, 100 il əvvələ əsaslandığını , buna görə hazırdaki problemlərə son qoya bilmənin mümkün olduğunu vurğulayıb.

Türkiyənin Almaniyadakı Səfiri Əli Kamal Aydın da sərginin iki ölkə xalqları arasındakı dostluğun göstəricisi olduğunu, uzun ənənəyə sahib bu dostluğun əl-ələ verərək qorumanın mümkünlüyünü qeyd edib.

Sərgi 22 dekabr tarixinə qədər ziyarətə açıq qalacaq.



Әlaqәli Xәbәrlәr